Alimlər tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilib ki, bəzi gündəlik qidaların müntəzəm istehlakı sağlamlığı qorumaqla yanaşı, ömür uzunluğuna da müsbət təsir göstərə bilər.
Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Araşdırmada xüsusilə tərəvəzlər, paxlalılar, qoz-fındıq və zeytun yağının orqanizmdə iltihabı azaltdığı, ürək-damar xəstəlikləri riskini aşağı saldığı bildirilib.
Mütəxəssislər qeyd edirlər ki, şəkərli və yüksək dərəcədə emal olunmuş qidaların azaldılması ümumi sağlamlıq üçün vacibdir.
Alimlərin fikrincə, balanslı qidalanma təkcə xəstəliklərin qarşısını almaq deyil, həm də həyat keyfiyyətini yüksəltmək üçün əsas amillərdən biridir.
Aytəkin TOFİQQIZI