AZ

Venesuela hökuməti çoxlu sayda məhbusu azad edəcək

BAKI, 8 yanvar. TELEQRAF

Venesuela hakimiyyəti xeyli sayda məhbusu dərhal azad etmək qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının (parlamentinin) prezidenti Xorxe Rodriges " Venezolana de Television" kanalında bildirib .

"Milli birlik və dinc yanaşı yaşamaq üçün göstərməli olduğumuz səyləri asanlaşdırmaq və əməkdaşlıq etmək məqsədilə Bolivar hökuməti dövlət orqanları ilə birlikdə xeyli sayda Venesuela və xarici vətəndaşı azad etmək qərarına gəlib", - deyə o izah edib.

Rodrigezin sözlərinə görə, Karakasın qərarı Latın Amerikası respublikasının sülhünə və çiçəklənməsinə töhfə kimi qəbul edilməlidir. Siyasətçi əlavə edib ki, məhbusların azad edilməsi artıq başlayıb.

Seçilən
82
teleqraf.com

1Mənbələr