Muğam ifaçısı, Əməkdar artist Elnarə Abdullayeva müğənni Rəqsanə İsmayılovanın onun ünvanına səsləndirdiyi ittihamlara reaksiya verib.
Milli.Az xəbər verir ki, xanəndə qaynarinfo-ya açıqlamasında bildirib ki, Rəqsanə İsmayılovanın cavabını efirdə verəcək:
"Gözdə-qulaqda olun, cavabı olacaq. Özü də efirdən. İndi desəm, marağı olmayacaq. Efirdən deyəcəm".