Narkotiklərlə bağlı aparılan araşdırma çərçivəsində saxlanılan sosial media fenomeni Şeyma Subaşı ilə bağlı yeni detallar üzə çıxıb.
"Yeni Sabah" Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq zamanı Şeyma Subaşının narkotik maddə qəbul etdiyini etiraf etdiyi bildirilir. O, 30 dekabr 2025-ci ildə Mayamidən İstanbula qayıdarkən İstanbul Hava Limanında nəzarətə götürülüb. Barəsində əvvəlcədən verilmiş qərara əsasən, ifadə prosesi başlamazdan əvvəl ondan qan və saç nümunələri alınıb və bunun üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna aparılıb.
4 saata yaxın davam edən dindirilmədən sonra Subaşı məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Onun ölkədən çıxışına qadağa qoyulub. Qeyd edək ki, ifadə zamanı narkotik maddə istifadə etdiyini təsdiqləsə də, aparılan testlərin yekun nəticələri hələ açıqlanmayıb.
Əsmətxanım
Telegram kanalımız