AZ

Şaxta Baba səhnədə İNSULT KEÇİRDİ – Uşaqlar elə bildi ƏRİYİR

Moskvada Şaxta Baba səhnədə insult keçirib, uşaqlar elə bilib əriyir.

İnterpress.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada uşaq şənliyində üzücü hadisə baş verib.

Məlumata görə, 46 yaşlı animator çıxış zamanı özünü pis hiss etsə də, uşaqların bayramını pozmamaq üçün sonadək dayanmağa çalışıb. Lakin qəfil halsızlıq yaranıb, üzünün bir hissəsi iflic olub və o, koordinasiyasını itirməyə başlayıb.

Şahidlərin sözlərinə görə, balaca tamaşaçılar Şaxta Babanın istidən əridiyini zənn edərək, dərhal onu buzla “xilas etməyə” çalışıblar.

Böyüklər isə dərhal təcili tibbi yardım çağırıblar. Xəstəxanaya çatdırılan baş qəhrəmana həkimlər insult diaqnozu qoyublar.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
45
interpress.az

1Mənbələr