AZ

ABŞ-nin vitse-prezidenti narkomanlardan üzr istədi

ABŞ-nin vitse-prezidenti Cey Di Vens narkotik aludəçilərindən üzr istəyib və onları müalicə olunmağa çağırıb.

"Yeni Sabah" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

"Kokain istifadə edən bütün insanlara müraciət edirəm: mən üzr istəyirəm. Biz sizi reabilitasiya mərkəzlərinə müraciət etməyə çağırırıq və ABŞ-nin maraqlarını müdafiə etməyə davam edəcəyik", - deyə Vens jurnalistlərin ABŞ-nin narkotiklərlə necə mübarizə aparacağı barədə sualına cavab verib.

O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp kokaini sevmir.


Telegram kanalımız
Seçilən
57
2
yenisabah.az

3Mənbələr