AZ

Hələbdə yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 9 nəfər ölüb

Hələbdə "Suriya Demokratik Qüvvələri"nin (SDQ) silahlı birləşmələri tərəfindən yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 9 nəfər ölüb və 55 sakin yaralanıb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə "SANA" məlumat yayıb.

Yaralılara lazımi tibbi yardım göstərilib.

Qeyd edək ki, Hələbdə SDQ ilə Suriya ordusu arasında toqquşmalar davam edir. Suriya ordusu SDQ-nin mövqelərinə qarşı məqsədyönlü hərbi əməliyyatların başladığını elan edib.

Seçilən
78
6
missiya.az

10Mənbələr