Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ABŞ prezidenti Donald Trampın ABŞ-ı 31 BMT agentliyi də daxil olmaqla 66 beynəlxalq təşkilatdan çıxarmaq qərarından təəssüfləndiyini bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında bildirib.
ABŞ-ın 31 BMT agentliyi də daxil olmaqla, ümumilikdə 66 beynəlxalq təşkilatdan çıxmaq qərarı ilə bağlı Dujarrik bildirib ki, "Baş katib Ağ Evin ABŞ-ın bir sıra BMT agentliyindən çıxmaq qərarı ilə bağlı açıqlamasından kədərlənir".
Dujarrik bildirib ki, "Davamlı olaraq vurğuladığımız kimi, Baş Assambleya tərəfindən təsdiq edilmiş BMT-nin müntəzəm büdcəsinə və sülhməramlılıq büdcəsinə töhfələr, Birləşmiş Ştatlar da daxil olmaqla, bütün üzv dövlətlər üçün BMT Nizamnaməsinə əsasən qanuni öhdəlikdir".
Aytən Yaşar/ Turkustan.az