Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Ukrayna, ABŞ və Aİ ölkələrindən olan nümayəndə heyətləri arasında görüşlərdən bir gün sonra Fransa paytaxtında görülüb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 7 yanvarda Rusiya prezidentinin xüsusi nümayəndəsi Yelisey Sarayının yaxınlığında yerləşən ABŞ səfirliyini ziyarət edib.
Qeyd edək ki, yanvarın 6-da Parisdə “könüllülər koalisiyası”nın görüşü olub. Görüşdə Ukrayna üçün Təhlükəsizlik Zəmanətləri Bəyannaməsi imzalanıb.