Yazını böyüt
Yazını kiçilt
Ağcabədidə Ağsu sakininin meyiti aşkar edilib.
Hafta.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Ağcabədi rayon ərazisində yerləşən meşə massivində qeydə alınıb.
Məlumata görə, tapılan kişi meyitinin Ağsu rayon sakini, 2008-ci il təvəllüdlü Xasayev Çingiz Gündüz oğluna məxsus olduğu müəyyən edilib. İlkin araşdırmalar zamanı məlum olub ki, Ç. Xasayev sözügedən meşəlik ərazidə yerləşən fermalardan birində çoban işləyirmiş.
Faktla araşdırma aparılır.