AZ

Avropa Trampa cavab verməyə hazırlaşır Kallas etiraf etdi

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı səsləndirdiyi hədələr Avropada narahatlıq yaradıb və İttifaq bu məsələyə mümkün cavab variantlarını müzakirə edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas Misirə səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.

“Qrenlandiya ilə bağlı aldığımız siqnallar dərin narahatlıq doğurur. Aİ ölkələri arasında bu təhdidin nə dərəcədə real olduğu və bizim cavabımızın necəliyi barədə müzakirələr aparılır,” – deyə Kallas bildirib.

Qrenlandiya 1953-cü ilə qədər Daniyanın koloniyası olub. Hazırda Danimarka Krallığının tərkibində qalmaqla yanaşı, 2009-cu ildən daxili siyasət sahəsində geniş muxtariyyət əldə edib.

2025-ci ilin dekabrında ABŞ prezidenti Donald Tramp Luiziana ştatının qubernatoru Ceff Lendrini Qrenlandiya üzrə xüsusi nümayəndə təyin edib. Ardınca Lendri Vaşinqtonun Qrenlandiyanın ABŞ tərkibinə qatılması imkanını nəzərdən keçirdiyini təsdiqləyib.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
globalinfo.az

1Mənbələr