ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron ABŞ və Çinlə bağlı sərt açıqlamalar verib.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, hər iki ölkə tədricən Avropadan uzaqlaşır.
“ABŞ artıq oturuşmuş bir gücdür, lakin getdikcə bəzi müttəfiqlərindən üz döndərir. Hazırda isə Vaşinqton yaxın keçmişdə təşviq etdiyi beynəlxalq qaydalardan uzaqlaşır, istər ticarət, istərsə də təhlükəsizlik sahəsində azad olmağa çalışır. Çin isə hələ də yüksəlişdə olan bir dövlət kimi, getdikcə daha aqressiv ticarət davranışı sərgiləyir. Bu gün Avropa iqtisadiyyatını sarsıdır”, – deyə Makron “Le Monde” nəşrinə bildirib.
Fransa lideri əlavə edib ki, çoxtərəfli institutlar getdikcə daha zəif işləyir:
“Biz böyük dövlətlərin dünyanı öz aralarında bölmək cəhdləri ilə üz-üzəyik. Biz nə yeni kolonializmi, nə də imperializmi qəbul edirik. Amma eyni zamanda, vassallığı və məğlubiyyətçiliyi də rədd edirik. Fransaya və Avropaya qazandırdıqlarımız doğru istiqamətdə atılmış addımlardır. Bu, daha çox strateji müstəqillik və ABŞ-la Çindən daha az asılılıqdır”, – deyə Makron vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.