Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
“Fənərbaxça” klubu “Beşiktaş”la yollarını ayıran Türkiyə milli komandasının qapıçısı Mert Günokun transferini elan edib.
“Qafqazinfo” xəbər verir ki, İstanbul təmsilçisi 36 yaşlı qolkiper ilə 2,5 illik müqavilə imzalayıb.
Bu keçidlə M. Günok 11 illik fasilədən sonra yetirməsi olduğu və 2010-2015-ci illər aralığında şərəfini qoruduğu doğma klubuna geri dönüb.
Xatırladaq ki, təcrübəli qapıçı “Fənərbaxça”dan ayrıldıqdan sonra karyerası ərzində “Bursaspor”, “Başakşehir” və son olaraq “Beşiktaş”da çıxış edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.