AZ

Maliyyə nazirinin müavini təyin olunan Natiq Həsənov KİMDİR DOSYE

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi Natiq Namiq oğlu Həsənov maliyyə nazirinin yeni müavini təyin olunub.

 

MÖVZU  İLƏ BAĞLI: 

Sahil Babayevə yeni müavin təyin olundu - FOTO

Bizim.Media Natiq Həsənovun dosyesini təqdim edir:N.Həsənov 1979-cu ildə anadan olub.O, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib, Azərbaycan Dövlət İqtisad Universitetində magistratura təhsili alıb. Hazırda İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aspirantıdır.

 

2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində məsləhətçisi, 2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri vəzifələrində çalışıb.

O, 2012-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri, 2018-ci ildən isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.N.Həsənov ailəlidir, üç övladı var.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
136
5
bizim.media

10Mənbələr