Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Sabiq "Fənərbaxça"lı qapıçı doğma klubuna qayıtdı
"Fənərbaxça" klubu "Beşiktaş"la yollarını ayıran təcrübəli qapıçı Mert Günoku transfer edib.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul nəhəngi öz yetirməsi olan 36 yaşlı qolkiperlə 2.5 illik müqavilə imzalayıb.
Xatırladaq ki, peşəkar karyerasına “Fənərbaxça”da başlayan qapıçı klubla birlikdə 2 dəfə Superliqa, 2 dəfə Türkiyə Kuboku və 2 dəfə Superkubokun qalibi olub.
Bundan başqa, karyerası ərzində “Bursaspor” və “Başakşehir” formalarını da geyinən Mert Günok “Başakşehir” ilə Superliqa çempionluğunu qazanıb.
Qeyd edək ki, qapıçı 2021-ci ilin yayında transfer olunduğu “Beşiktaş”da isə 2 Superkubok və 1 Türkiyə Kuboku qazanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.