ain.az, Qol.az portalına istinadən məlumat verir.
Premyer Liqanın ən yaxşı məşqçisi kim olacaq?
İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı baş məşqçisi adına namizədlər müəyyənləşib.
QOL.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, fəxri ad uğrunda 4 mütəxəssis mübarizə aparacaq.
Məlumata görə, namizədlər və onların dekabr ayı ərzindəki göstəriciləri aşağıdakı kimidir:
Mikel Arteta ("Arsenal") - 6 oyun, 5 qələbə, 1 məğlubiyyət;
Xosep Qvardiola ("Mançester Siti") - 5 oyun, 5 qələbə;
Unai Emeri ("Aston Villa") - 6 oyun, 5 qələbə, 1 məğlubiyyət;
Daniel Farke ("Lids") - 5 oyun, 2 qələbə, 3 heç-heçə.
Qalib azarkeşlər və ekspertlər arasında keçirilən səsvermənin yekununa əsasən elan ediləcək.
Xatırladaq ki, noyabr ayında bu mükafata dekabrda "Çelsi"dən ayrılan Enzo Mareska layiq görülmüşdü.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.