Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ABŞ-nin Venesuela lideri Nikolas Maduroyu aparması ilə bağlı hadisələrdə həm saziş, həm də xəyanət mövcud olub.
Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.
“İstəyirəm ki, başa düşəsiniz: orada hər şey var idi. Həm razılaşma, həm də ödənilən pullar – Venesueladakı insanlara, həm hərbçilərə, həm mülki şəxslərə. Orada həm saziş var idi, həm də xəyanət. Orada hər şey var idi”, – deyə Belarus lideri bildirib.
Xədicə BAXIŞLI