AZ

UNRWA yaxın həftələrdə Türkiyədə ofis açacaq

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) yaxın həftələrdə Türkiyədə ofis açmağı planlaşdırır.

TurkicWorld-un verdiyi məlumata görəUNRWA-nın baş komissarı Filipp Lazzarini Ankarada keçirdiyi mətbuat konfransında bildirib ki, agentlik Türkiyə hökuməti ilə ofisin açılması ilə bağlı yekun sazişi imzalayıb. Onun sözlərinə görə, UNRWA-nın Türkiyədə daimi nümayəndəliyinin yaradılması agentlik üçün mühüm addımdır.

Lazzarini qeyd edib ki, yeni ofis UNRWA-nın regiondakı humanitar fəaliyyətlərini daha effektiv şəkildə əlaqələndirməsinə və Türkiyə ilə institusional əməkdaşlığın gücləndirilməsinə imkan yaradacaq. O, agentliyin ölkədə daimi mövcudluğundan məmnunluq ifadə edib.

Seçilən
36
turkic.world

1Mənbələr