AZ

Moskvadan Parisə GİZLİ SƏFƏR

Kremlin xüsusi elçisi və Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev "könüllülər koalisiyası" sammitindən bir gün sonra gizli şəkildə Parisə səfər edib.

Publika.az xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb.

Bildirilib ki, Ukrayna nümayəndə heyəti müttəfiqləri ilə məsləhətləşərkən Rusiya rəsmisi ABŞ səfirliyində qəbul edilib.

"Rusiya səfiri Kirill Dmitriyevin Parisdə olduğu bildirilir. O, Rue du Faubourg Saint-Honoré küçəsində görünüb", - nəşr əlavı edib.

Qeyd edilib ki, Yelisey Sarayı Dmitriyevin 7 yanvarda, "könüllülər koalisiyası" ilə Stiv Uitkoff və Cared Kuşner arasında Parisdə keçirilən danışıqlardan bir gün sonra prezident sarayına baş çəkmədiyini, lakin Yelisey Sarayının yanında yerləşən ABŞ səfirliyində qəbul edildiyini vurğulayır.

Seçilən
82
3
publika.az

4Mənbələr