AZ

Supermarketdə ŞOK ANLAR: Yüz qoyun qəfildən içəri DOLUŞDU – VİDEO

Almaniyada 100 qoyun supermarketə basqın edib.

İnterpress.az xəbər verir ki, Almaniyada gülməli və qeyri-adi hadisə qeydə alınıb.

Məlumata görə, 100-ə yaxın qoyun qəflətən supermarketə daxil olub. İşçilər onları qovmağa çalışsalar da, buna nail ola bilməyiblər.

Heyvanlar yarım saat ərzində mağazanın altını üstünə çevirib, sağa-sola vurnuxduqdan sonra sakitcə obyekti tərk ediblər.

Qoyunların mağazaya niyə daxil olduğu və bu “hücum”un səbəbi hələlik müəmmalı olaraq qalır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
22
interpress.az

1Mənbələr