AZ

​“Barselona” “Qalatasaray”ın ulduzunu transfer edir

“Barselona” klubu “Qalatasaray”ın futbolçusu Viktor Osimhenin xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, Robert Levandovskinin mövsümün sonunda klubdan ayrılacağı irəli sürülüb. Bildirilir ki, Levandovskinin potensial əvəzediciləri siyahısının ilk sıralarında Viktor Osimhenin də adı var. İddialara görə, “Barselona” nümayəndələri Nigeriya millisi ilə Afrika Millətlər Kubokunda iştirak edən Viktor Osimhenin oyunlarını izləyir.

Qeyd edək ki, “Qalatasaray”ın Viktor Osimhen üçün 150 milyon avro tələb edəcəyi barədə xəbərlər dərc edilmişdi.

Seçilən
29
15
metbuat.az

10Mənbələr