Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 mart 2025-ci il qərarı ilə ölkəyə idxal edilən armaturun hər tonu ücün 150 manat, katinka və şüşə məhsullarının hər tonu ücün əlavə 100 manat rüsum tətbiq edilib.
Poliqon xəbər verir ki, bunu ictimai fəal Şahin Nəcəfli sosial şəbəkə hesabında yazıb.
Nəcəfli bildirib ki, baş nazir Əli Əsədovun imzaladığı Qərara görə, 1 aprel 2025-ci ildə qüvvəyə minən qərar 1 yanvar 2026-cı ildək qüvvədədir. “Amma bizim hörmətli Gömrük Komitəsi bu gündə həmin 150 manatlıq rüsumu tələb edib, yığmaqdadır”.
Nəcəfli qeyd edib ki, sahibkar gömrük rəsmilərinə NK qərarını göstərsələr də heç bir faydası olmayıb. “Gömrük rəsmisi deyir ki, siz də düz deyirsiniz. Amma rüsumu ödəyin, sonra məhkəməyə verib, geri tələb edərsiniz”.
İctimai fəal vurğulayıb ki, DGK-nın qanuna əməl etməməsinin səbəbini başa düşmür. “Biznes axar caydı ,qarşısını kəsərsən, başqa ölkəyə axacaq.
İş adamı bar verən ağacdır. Bar verən ağacı kəsməzlər. Gömrük Komitəsinin təməli əvvəldən elə səhv qoyulub ki, hec cür düzəlmir ki, düzəlmir. Hörmətli Gömrük Komitəsi, bu yazıq sahibkarın problemi azdır ki, bundan qanunsuz rüsum allb, hələ buna məhkəmənin yolunu da göstərirsən?”.
Poliqon.info