Paytaxt sakini polisə müraciət edərək tanışının ondan hədə-qorxu yolu ilə pul tələb etdiyi barədə məlumat verib. Polis əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 32 yaşlı C. Mikayılov müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxs zərərçəkəni kəsici-deşici alətlə hədələyib və bu yolla ondan bir müddət əvvəl verdiyi 350 manatı tələb edib.
Nərimanov rayonunda isə zərərçəkənin yolun kənarında saxladığı qapısı açıq qalmış “SangYong” markalı avtomobildən 1500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş 20 yaşlı Ş. Mahmudov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta