AZ

Dövlət qurumları və vətəndaş cəmiyyəti bu cür hallarla bağlı platformalara rəsmi bildirişlər göndərməlidir FOTO

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

“Onlayn satış platformalarında məzmunun izlənməsi və tənzimlənməsi əsasən üç səviyyədə həyata keçirilir. Buna avtomatlaşdırılmış alqoritmlər, satıcıların özünə nəzarət mexanizmi və

istifadəçi şikayətləri aiddir”.Bunu Demokrat.az-a açıqlamasında İT üzrə mütəxəssis Həsən Quliyev deyib.O bildirib ki, “Temu” kimi qlobal platformalar məhsul şəkilləri və təsvirlərini süni intellekt əsaslı filtrlər vasitəsilə yoxlasa da, bu sistemlər milli-mədəni və tarixi həssaslıqları hər zaman düzgün tanıya bilmir:

“Nəticədə, konkret bir xalq üçün müqəddəs sayılan simvollar alqoritm tərəfindən “neytral dizayn elementi” kimi qəbul edilə bilər. Bu cür platformalar adətən yerli qanunvericiliyə deyil, öz daxili icma qaydalarına və beynəlxalq ticarət standartlarına əsaslanır. Problem də məhz burada yaranır: milli dəyərlərə hörmətsizlik qlobal qaydalarda açıq şəkildə qadağan olunmadıqda, avtomatik bloklama baş vermir. Əsas tənzimləyici mexanizm isə istifadəçilərin kütləvi şikayətləridir”. O deyib ki, şikayət sayı artdıqda məhsul ya silinir, ya da əlavə moderasiyaya göndərilir:“Effektiv nəzarət üçün platformaların regiona uyğun lokal həssaslıq filtrləri tətbiq etməsi vacibdir. Bu, süni intellektin milli bayramları, abidələri və tarixi simvolları adi vizual obyekt deyil, həssas məzmun kimi tanımasını təmin edə bilər. Paralel olaraq, dövlət qurumları və vətəndaş cəmiyyəti bu cür hallarla bağlı platformalara rəsmi bildirişlər göndərməli, hüquqi və reputasiya təzyiqi formalaşdırmalıdır”.Qeyd edək ki, son günlər Azərbaycana qarşı hörmətsizlik və açıq təhqir kimi qiymətləndirilən bir hal ictimaiyyətin haqlı narazılığına səbəb olub. Belə ki, “Temu” onlayn alış-veriş platformasında Azərbaycan xalqı üçün müqəddəs sayılan 8 Noyabr - Zəfər Günü yazıları və Zəfər abidəsini əks etdirən simvolların hamam aksesuarları, unitaz üçün nəzərdə tutulan ayaqaltıları və corablar üzərində istifadəsi cəmiyyət tərəfindən milli dəyərlərə həqarət kimi dəyərləndirilir.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
demokrat.az

1Mənbələr