Bakı. Trend:
ABŞ-nin Kaliforniya ştatında yaşayan azərbaycanlı rejissor vəprodüser Sevinc Kərimova vəfat edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumatagörə, mədəniyyətimizin tanınan simalarından olan Sevinc Kərimova1980–1990-cı illərdə Azərbaycanda televiziya proqramları iləyanaşı, kütləvi tədbirlərin rejissoru və prodüseri kimi fəaliyyətgöstərib.
“Karvan” qrupunun yaradıcısıdır. Fəaliyyətini ABŞ-də davametdirən soydaşımız “Golden Arts Entertainment Production”şirkətində prodüser kimi işləyib. Həyat yoldaşı, bəstəkar MikayılVəkilovla birlikdə gənc azərbaycanlı musiqiçilərin inkişafına vəböyük səhnələrə çıxmasına kömək göstərib. Diasporla İş üzrə DövlətKomitəsinin dəstəyi ilə “Bakı Payızı – 35 il sonra” və “Birlikdə”adlı beynəlxalq layihələrin təşkilatçısı olub.
2023-cü ildə keçirilən “Bakı Payızı – 35 il sonra” adlı müsabiqəÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illikyubileyinə həsr edilib.
“Birlikdə” layihəsi çərçivəsində isə Azərbaycanın tarixi,həqiqətləri və mədəniyyəti haqqında yüksək peşəkarlıqla bədiivideoçarx hazırlanaraq müxtəlif tədbirlərdə nümayiş etdirilib.Videoçarxda Azərbaycan Dövlət Xor Kapellası və xaricdə fəaliyyətgöstərən Azərbaycan diasporunun rəqs qruplarının da çıxışları yeralıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 yanvar2026-cı il tarixli Sərəncamı ilə Sevinc Kərimova xalqlar arasındadostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporununinkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.Həmçinin 2024-cü ildə “Diaspor fəaliyyətində xidmətə görə”Azərbaycan Respublikasının medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət KomitəsiABŞ-dəki Azərbaycan icmasının fəal üzvünün, tanınmış mədəniyyətxadimi Sevinc Kərimovanın vəfatından kədərləndiyini bildirir,mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.