ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan kürd koalisiyası olan Suriya Demokratik Qüvvələrinin (SDQ) mövqeyinin normallaşmaya mane olduğunu və bu siyasətdən imtina etməli olduğunu bildirdi.
Bizimyol.info xəbər verir ki, o, bu barədə Ankarada Omanlı həmkarı Bədr bin Həməd bin Hamud əl-Busaidi ilə görüşdən sonra keçirilən mətbuat konfransındakı çıxışında qeyd edib.
"Türkiyə SDQ ilə Dəməşq arasında bölgənin xüsusiyyətlərini nəzərə alan və Suriyada sabitliyi təmin edən bir razılaşmaya ümid edir. Digər tərəfdən, Hələbdə mülki şəxslərə edilən hücumlar təəssüf ki, Suriya Demokratik Qüvvələrinin əsl niyyətləri ilə bağlı qorxuları təsdiqləyib və sülh səylərini sarsıdıb. Hazırkı vəziyyətdə SDQ sülhə nail olmaq üçün ən böyük maneə olduğu və Suriyanın və bölgəmizin reallıqlarına zidd olduğu üçün barışmaz mövqeyindən imtina etməlidir. Suriya Demokratik Qüvvələri terrorizmə və separatizmə son qoymalıdır", - deyə Fidan bildirib.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.