AZ

“Bakı Xankəndi” velosiped yarışına qatılacaq komandaların sayı artıb

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışına qatılacaq komandaların sayı artıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından XQ-yə bildirilib ki, iştirakçılar sırasına Türkiyənin “Sportoto” kontinental komandası əlavə olunub.

Bununla da turnirdə çıxış edəcək komandaların sayı 18 ölkədən 1 Dünya Turu, 7 Pro-Tur, 13 kontinental komanda və Azərbaycan yığması olmaqla, 22-yə yüksəlib.

Qeyd edək ki, yarış mayın 10-14-də təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
2
xalqqazeti.az

3Mənbələr