AZ

Sabah Ağdərənin 4 kəndinə ilk KÖÇ OLACAQ

Yazını böyüt
Yazını kiçilt

9 yanvar tarixində Ağdərə rayonunun Çıldıran, Oratağ, Heyvalı və Çapar kəndlərinə ilk köç həyata keçiriləcək.

Bu barədə hafta.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat verib. Bildirilib ki, köç prosesi dövlət proqramlarına uyğun şəkildə, mərhələli və təşkilatlanmış formada aparılacaq.

Bildirilib ki, Ağdərə rayonunun Çıldıran, Oratağ, Heyvalı və Çapar kəndlərinə həyata keçiriləcək bu köç“Böyük Qayıdış” proqramı çərçivəsində baş tutacaq. Proqramın əsas məqsədi uzun illər məcburi köçkün həyatı yaşamış vətəndaşların doğma torpaqlara təhlükəsiz, mərhələli və dayanıqlı şəkildə qayıdışını təmin etməkdir.

 

Seçilən
66
1
hafta.az

2Mənbələr