AZ

Ötən il işçilərə 842 min manatın ödənilməsi gecikdirilib

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci il ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 842.3 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

"Bu vəsaitin 94 faizi əməkhaqqılardan, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənişlərdən ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 89 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar", - deyə məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
27
oxu.az

10Mənbələr