Redaktor.az saytına istinadən ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp ölkəsinin 66 beynəlxalq təşkilatdan çıxması ilə bağlı fərman imzalayıb.
Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bildirən Milli Məclisin deputatı Asim Mollazadə qeyd etdi ki, təşkilatların adlarının əksəriyyəti tanıdığımız qurumlar olmaqla, BMT bayrağı altında fəaliyyət göstərən təşkilatlardır:
"Onların fəaliyyəti, zənnimcə, Sosialist İnternasionalın fəaliyyətinə bənzəyir və dünyanın inkişafına xidmət etmir. Əslində Donald Tramp bu "sosialist yuvaları"nı dağıtmaqla, ən azı Amerikanın dəstəyini onlardan çəkməklə düzgün addım atıb. Amerikanın maraqlarına xidmət etməyən, əksinə, Amerika hökumətinin tənqidinə yönəlmiş fəaliyyətlə məşğul olan təşkilatlar, zənnimcə, ABŞ Prezidenti tərəfindən haqlı olaraq dövlət dəstəyindən məhrum edilib. Bu təşkilatların fəaliyyəti ilə tanış olarkən görürük ki, onların əksəriyyəti tez-tez Azərbaycanı və bölgəmizi tənqid hədəfinə çevirən, Ermənistanı müdafiə edən qurumlardır. Görülən tədbirlər haqlıdır və bu fəaliyyət davam etdirilməlidir. Yəni söhbət bu təşkilatların Amerikanın dəstəyindən məhrum edilməsi niyyətinin daha geniş çevrəni əhatə etməsindən gedir və bu proses davam etdirilməlidir".
Nuriyyə NATİQQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.