AZ

Ermənistan Müdafiə Nazirliyində korrupsiya qalmaqalı 160 milyon dramlıq mənimsəmə

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsi külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham olunur. Bu barədə Ermənistanın Antikorrupsiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, Müdafiə Nazirliyinin Hərbi Polisindən daxil olan məlumat əsasında cinayət işi başlanıb. İlkin istintaq zamanı müəyyən edilib ki, nazirliyin iki ayrı hərbi hissəsində müvafiq xidmətin rəisi vəzifəsində çalışmış şəxs 2024-cü il ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumi dəyəri təxminən 160 milyon dram (425 min ABŞ dolları) olan termal nişangahları mənimsəyib.

İstintaqa görə, təqsirləndirilən şəxs hərbi hissələrin anbarlarında saxlanılan müxtəlif modellərə aid 37 ədəd termal nişangahı oğurlayaraq onları real bazar qiymətindən təxminən 10 dəfə ucuz — 50 min manatdan 450 min dramadək — İrəvan sakininə satıb. Eyni zamanda, avadanlıqların guya qanuni şəkildə təhvil verilməsini əks etdirən saxta rəsmi sənədlər tərtib etdiyi də müəyyən edilib.

Vəzifəli şəxsə xüsusilə külli miqdarda etibar edilmiş əmlakın mənimsənilməsi və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Termal nişangahları alan şəxs isə cinayət yolu ilə əldə edilmiş əmlakın alınması və satılması maddəsi ilə ittiham olunur.

Cinayət işi üzrə ibtidai istintaq başa çatdırılıb və materiallar ittiham aktı ilə birlikdə Ermənistan Antikorrupsiya Məhkəməsinə göndərilib.

Antikorrupsiya Komitəsi qeyd edir ki, sözügedən termal nişangahlar Müdafiə Nazirliyinə məxsusdur və vətəndaşları bu cür avadanlıqların şübhəli alqı-satqısı və ya onlar barədə məlumat olduqda Komitəyə müraciət etməyə çağırır.

Rasim AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
azpolitika.info

1Mənbələr