AZ

Zelenski Fransa danışıqlarının nəticələrini açıqlayıb

Bakı. Trend:

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibiRüstəm Umerov Ukrayna nümayəndə heyətinin Fransada apardığıdanışıqların nəticələri barədə məruzə edib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti VolodimirZelenski öz "Telegram" kanalında bildirib.

“Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə dair ikitərəfli sənədABŞ Prezidenti Donald Tramp ilə ən yüksək səviyyədəyekunlaşdırılmağa faktiki olaraq hazırdır”, – deyə o yazıb.

Ukrayna liderinin sözlərinə görə, ölkə Avropa və Amerikakomandalarının fəaliyyətini birləşdirməyə nail olub və birgəşəkildə, o cümlədən Ukraynanın bərpası və iqtisadi inkişafı iləbağlı sənədlər müzakirə olunub

O qeyd edib ki, münaqişənin başa çatdırılması üçün əsasçərçivəyə daxil olan mürəkkəb məsələlər də müzakirə olunub vəUkrayna tərəfi bu sənədin yekunlaşdırılması üçün mümkün variantlarıtəqdim edib.

Seçilən
50
41
az.trend.az

10Mənbələr