AZ

Ərdoğanın ana müxəlifət liderinə qarşı 500 minlik təzminat iddiası

Türkiyə Prezidenti və hakimi AKP sədri Rəcəb Tayyib Ərdoğan CHP lideri Özgür Özəl barəsində 500 min lirə məbləğində mənəvi təzminat iddiası qaldırıb.

“Yeni Sabah” Cumhuriyyət-ə istinadla xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın "X" hesabında məlumat yayıb.

O bildirib ki, CHP sədri Özgür Özəlin yanvarın 7-də Beykozda keçirilən mitinqdə Prezident Ərdoğanı hədəf alan “uyğunsuz ifadələri, əsassız və məntiqsiz ittihamları ucbatından” ona qarşı mənəvi təzminat davası açılıb.

Eyni zamanda, Prezidentə təhqir maddəsi ilə bağlı Ankara Respublika Baş Prokurorluğuna müraciət edilib.

Xatırladaq ki, CHP sədri Özgür Özəl dünən Beykoz mitinqində çıxışı zamanı AKP-li Prezident Rəcəb Tayyib Ərdoğana qarşı səsləndirdiyi sərt tənqidlərdə Ərdoğan-Tramp münasibətlərinin Türkiyə üçün təhlükəli olduğunu, Ərdoğanın Trampdan Türkiyə üçün yox, özü üçün gələcək istədiyini, Trampın oğlu ilə danışıqlar apararaq ölkənin sərvətlərini Amerikaya peşkəş çəkdiyini iddia edib.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
60
yenisabah.az

1Mənbələr