AZ

"Mən belə bir dünyada yaşamaq istəmirəm" - İsveçin xarici işlər naziri

İsveçin xarici işlər naziri Mariya Malmer Sterngard böyük dövlətlərin öz maraqlarına uyğun şəkildə hərəkət etdiyi dünya nizamına qarşı olduqlarını bildirib.

Missiya.Az xəbər verir ki, o, bunu İsveç Radiosuna müsahibəsində ABŞ-nin Venesuelaya mümkün hərbi müdaxiləsi və ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını şərh edərkən deyib.

Nazir ABŞ-nin Venesuelaya hərbi müdaxiləsinin beynəlxalq hüquqa zidd olacağını vurğulayıb, həmçinin Vaşinqton administrasiyasının Qrenlandiya ilə bağlı mövqeyindən narahatlığını ifadə edib.

M.Sterngard qeyd edib ki, böyük dövlətlərin istədikləri kimi davrandığı bir dünyada yaşamaq istəmir:

“Belə kritik məqamlarda İsveçin beynəlxalq hüququ qətiyyətlə müdafiə etməsi son dərəcə vacibdir”.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
11
missiya.az

1Mənbələr