AZ

Birbaşa suallar, aydın cavablar: Prezident İlham Əliyevlə müsahibələrə jurnalist baxışı

Bakı, 8 yanvar, AZƏRTAC

Müasir informasiya dövründə Azərbaycan Prezidentinin cəmiyyət və beynəlxalq ictimaiyyətlə açıq dialoqu xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələrinə mütəmadi şəkildə müsahibələr verməsi bu baxımdan diqqət çəkən və beynəlxalq praktikada nümunə göstərilən yanaşmadır. Dövlətimizin başçısının daxili siyasi proseslər, regional və qlobal çağırışlar, eləcə də ən həssas məsələlərlə bağlı açıq, dolğun və faktlara əsaslanan mövqeyi medianın operativ və obyektiv informasiya əldə etməsinə geniş imkan yaradır. Bu müsahibələr təkcə informativ xarakter daşımır, eyni zamanda, Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə birbaşa və şəffaf şəkildə çatdırılmasında mühüm rol oynayır.

Biz də Prezident İlham Əliyevlə müsahibələrdə iştirak edən jurnalistlərin bu görüşlərlə bağlı təəssüratlarını öyrəndik.

 

Seçilən
50
1
azertag.az

2Mənbələr