Bakı. Trend:
Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiyaiclası keçirilib.
Hesablama Palatasından Trend-ə verilən məlumata görə, iclasın birincihissəsində 2025-ci ilin İş Planına uyğun olaraq həyata keçirilmişbitkiçilik sahəsində dövlət dəstəyinin (subsidiya və güzəştlərintimsalında) səmərəliliyinin və nəticəliliyininqiymətləndirilməsinin auditinin nəticələri Hesablama Palatasınınauditoru Cavid Bayramov tərəfindən təqdim edilib.
Bildirilib ki, müzakirələrdə Azərbaycan Respublikasının KəndTəsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyininsədri Yalçın Camalov və digər məsul şəxslər iştirak ediblər. Qeydolunub ki, auditin nəticələri fəaliyyətin təkmilləşdirilməsinətöhfə verəcək, həmçinin Hesablama Palatasının təklif və tövsiyələrinəzərə alınacaq.
Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi,aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə auditolunan qurum tərəfindən zəruri tədbirlərin görülməsi barədə qərarqəbul olunub.
İclasın ikinci hissəsində 2026-cı ilin İş Planına əsasən birnəzarət tədbirinin başlanılması ilə bağlı proqram müzakirə edilərəktəsdiqlənib.
İclasın sonunda gündəlikdə olan digər məsələlərə baxılıb.