AZ

Afrika Millətlər Liqasının qalibi kim olacaq? Son çempion 5 lik də belə yoxdur

ain.az, Fanat portalına istinadən məlumat verir.

Hazırda davam edən Afrika Millətlər Kubokunnda 1/4 final görüşlərindən əvvəl komandaların turnirin qalibi olmaq şansları dəyərləndirilib. 

Fanat.Az xəbər verir ki, məşhur "Opta Analyst" bu barədə "X" sosial media hesabı üzərindən paylaşım edib.

"Superkompyuter" meydan sahibi Mərakeşi daha şanslı sayıb. Sözügedən komandanın qalib gəlmək şansı 23 faizdən yuxarı hesab olunub. Kamerun, Mali və son çempion Fil Dişi Sahili yığmaları ilk "5-lik"də yer almayıb. 

1. Mərakeş - 23.3%.

2. Seneqal - 16.6%.

3. Əlcəzair - 13.9%.

4. Nigeriya - 12%.

5. Misir - 11.8%.

Afrika Millətlər Kubokunun 1/4 final oyunlarının təqvimi:

9 yanvar

Mali - Seneqal

Kamerun - Mərakeş

10 yanvar

Əlcəzair - Nigeriya

Misir - Fil Dişi Sahili

Qeyd edək ki, Mərakeşdə keçirilən 2025-ci il Afrika Millətlər Kubokunda 6 qrupa bölünmüş 24 komanda iştirak edib. Turnir 18 yanvar tarixinə qədər davam edəcək. Turnirin son qalibi 2023-cü ildə baş tutan finalda Nigeriyanı 2:1 hesabı ilə məğlub edən Fil Dişi Sahili millisidir.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
fanat.az

2Mənbələr