AZ

“Hoqqa” çay evində istehlaka yararsız içkilər aşkarlandı

Cəlilabad şəhəri, Nizami küçəsində fəaliyyət göstərən, fiziki şəxs Şahmarov Üzeir Sərdar oğluna məxsus “Hoqqa” çay evində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, obyektdə saxta və istifadə müddəti bitmiş içkilər müəyyən edilərək satışdan kənarlaşdırılıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib olunub.

Seçilən
32
11
cebheinfo.az

10Mənbələr