Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu, Qala qəsəbəsində "Hyundai" markalı avtomobilin dayanmış "UAZ"a çırpılaraq aşması nəticəsində sürücü ölüb.
Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, qəzada həyatını itirən şəxs 1995-ci il təvəllüdlü Əliyev Cavidan Güləli oğludur.
Mərhumun qardaşı da yol qəzasında həlak olub. Belə ki, 2023-cü ilin may ayında 1988-ci il təvəllüdlü Əliyev Rasim Güləli oğlu idarə etdiyi moped ilə Zirə qəsəbəsində hərəkətdə olarkən yolun kənarında dayanmış “Ford Transit” markalı yük avtomobilinə çırpılması nəticəsində dünyasını dəyişib.

Rasim Əliyev
.jpg)
Cavidan Əliyev