"Onlar bu strategiyada böyük uğursuzluqla üzləşdilər. Əgər hücumu təkrarlasalar, eyni nəticə ilə qarşılaşacaqlar. Müharibə baş verməsini istəmirik, amma istənilən ssenariyə hazırıq".
Nazirin sözlərinə görə, rəsmi Tehran həmçinin Vaşinqtonla nüvə proqramı üzrə danışıqlara da hazırdır:
"Bir şərtlə ki, bu danışıqlar Vaşinqtonun diktəsi əvəzinə qarşılıqlı hörmətə əsaslansın".
![]() |
| İranda etiraz aksiyaları şiddətlənir |
Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 27-sinə, ümumilikdə 92 şəhərə yayılıb.Məlumata əsasən,aksiyalarda indiyədək azı 40 nəfər ölüb, 50-dən çox insan yaralanıb, 2076 aksiya iştirakçısı saxlanılıb. ABŞ Prezidenti Donald Tramp yanvarın 2-də İran xalqına müraciət ünvanlayaraq diqqətə çatdırıb ki, Vaşinqton onlara hər an dəstək göstərməyə hazırdır. Rəsmi Tehran buhədə-qorxunupisləyib. Eyni zamanda, İsrailin Baş naziri Benyamin Netanyahu da etirazçıları dəstəklədiyinibildirib.
Əli Xamenei ölkədəki iğtişaşdan yaxasını qurtarıb Moskvaya qaçarsa,2024-cü ilin dekabrında müxalif qüvvələrin devirdiyi sabiqSuriya prezidenti Bəşər Əsədlə oxşar aqibəti bölüşəcək.Xatırladaq ki, Bəşər Əsəd də məhz Rusiyaya qaçıb. Onun hazırda Moskvanın qərbində - bahalı və dəbdəbəli mülkləri ilə tanınan Rublyovka massivində yaşadığı deyilir. Maraqlıdır ki, rəsmi Moskva bu iddianı nə danır, nə də təsdiqləyir. 2025-ci ilin sentyabrında Suriya məhkəməsi ona qarşı qətl, işgəncə və qanunsuz həbs ittihamları ilə qiyabi həbs hökmü çıxarıb.
Eyni zamanda, sonuncu İran şahının oğlu, hazırda ABŞ-də yaşayanRza Pəhləvi"Fox News" telekanalına müsahibəsində diqqətə çatdırıb ki, müvafiq şərait meydana gələndəİrana qayıtmağa, teokratik hakimiyyətə qarşı mübarizəyə qoşulmağa hazırdır.
Firudin Həmidli
AzVision.az
