AZ

“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib

Marja.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib.

Bununla bağlı ASC-nin sədri Vüqar Əhmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nemət Qasımov tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, N. Qasımov bu vəzifəyə ötən ilin may ayında təyin olunub.

Eyni zamanda, “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) satış şöbəsinin rəisi Emil Əkbərli də tutduğu vəzifədən azad edilib.

HƏəmçinin, "Azərişıq" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Həbib Əzizov vəzifəsindən azad edilib.

Müvafiq qərarla onun yerinə "Azərişığ"ın Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elmar Mahmudov təyin olunub.

Qeyd edək ki, kadr dəyişikliyi ilə bağlı qərar "Azərişıq" rəhbərliyi tərəfindən verilib.

İş elanları AzVak.az-da

© APA, Report

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
2
marja.az

10Mənbələr