AZ

“Mançester Siti” heç heçə etdi, “Çelsi” uduzdu

ain.az bildirir, Unikal.az portalına istinadən.

Futbol üzrə İngiltərə Premyer Liqasında XXI turun oyunları keçirilir.

"Unikal" xəbər verir ki, “Mançester Siti” doğma meydanda “Brayton”la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

“Çelsi” London derbisində “Fulhem”ə 1:2 hesabı ilə uduzub. Bu mövsüm yaxşı təsir bağışlayan “Aston Villa” “Kristal Pelas”la görüşdə xal itirib – 0:0.

Son həftələrdə qeyri-sabit çıxışı ilə diqqət çəkən “Mançester Yunayted” bu dəfə “Börnli”nin müqavimətini qıra bilməyib – 2:2.

Bundan başqa, “Bornmut” “Tottenhem”ə 3:2, “Brentford” “Sanderlend”ə 3:0,”Nyukasl” “Lids”ə 4:3 hesabı ilə qalib gəlib. “Everton” isə “Vulverhempton”la heç-heçə edib – 1:1.

Hazırda turnir cədvəlinə 48 xalla “Arsenal” başçılıq edir. “Mançester Siti” 43 xalla ikinci, eyni xala malik “Aston Villa” isə 3-cü sırada qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
5
unikal.az

6Mənbələr