AZ

Tramp Kolumbiya Prezidentini Ağ Evə dəvət etdi Bur birini ittiham edirdilər, indi isə...

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petro ilə telefon danışığı aparıb və onu Ağ Evə dəvət edib. Danışıq iki lider arasında son dövrlər yaşanan sərt ritorikadan və Trampın Kolumbiyada Venesuela ssenarisi üzrə mümkün hərbi əməliyyata eyham vurmasından sonra baş tutub.

Tramp “Truth Social sosial şəbəkəsində yazıb ki, Kolumbiya prezidenti ilə söhbət onun üçün “böyük şərəf” olub. ABŞ prezidentinin sözlərinə görə, telefon danışığı Petronun təşəbbüsü ilə baş tutub və Kolumbiya lideri narkotik ticarəti ilə bağlı vəziyyətə, eləcə də tərəflər arasında fikir ayrılığı yaradan digər məsələlərə aydınlıq gətirib.

“Onun zəngini və danışıq tonunu yüksək qiymətləndirdim”, – deyə Tramp bildirib və Ağ Evdə görüşə hazırlıq getdiyini qeyd edib.

Bu fonda xatırladılır ki, ABŞ hakimiyyəti daha əvvəl Qustavo Petronun ölkəyə giriş vizasını geri alıb. Buna səbəb Kolumbiya Prezidentinin Nyu-Yorkda keçirilən Fələstinə dəstək aksiyasında iştirakı olub.

Kolumbiya prezidenti tərəfdarları qarşısında çıxışı zamanı Donald Trampla ilk dəfə danışdığını və bunun iki ölkə arasında dialoqun bərpası baxımından “tarixi hadisə” olduğunu deyib. Onun sözlərinə görə, gələcək görüşün gündəliyinə qlobal sülh və demokratiya, Latın Amerikasında və Kolumbiyada sülh, regionun suverenliyi və narkotiklərlə mübarizə strategiyası daxil olacaq.

Petro həmçinin Trampla Latın Amerikasının ABŞ və digər ölkələr üçün “təmiz enerji mənbəyi” ola biləcəyi mövzusunda da fikir mübadiləsi apardığını bildirib.

Solçu baxışları ilə tanınan Qustavo Petro ABŞ-nin Venesuelada keçirdiyi əməliyyatı və prezident Nikolas Maduronun həbsini kəskin şəkildə tənqid edib. O, həmçinin Tramp administrasiyasının İsrailə verdiyi dəstəyi də açıq şəkildə pisləyib.

Donald Tramp isə cavab olaraq Kolumbiya prezidentini “sağlam olmayan insan” adlandırıb və onu ABŞ-a kokain istehsalı və satışı ilə əlaqələndirib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
azpolitika.info

1Mənbələr