AZ

Fransada şirkət iflasları rekord həddə çatıb - Rəsmi rəqəmlər açıqlandı

2025-ci ildə Fransada şirkətlərin müflisləşməsi rekord səviyyəyə yüksəlib. 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, il ərzində 68 500 müəssisə fəaliyyətini dayandırıb ki, bu da əvvəlki illə müqayisədə 3,4 % artım deməkdir.

Bildirilir ki, iflasların sayı 2010–2019-cu illər üzrə orta göstəricini 23 % üstələyib. Mütəxəssislər ardıcıl dördüncü ildir davam edən bu artımı ölkə iqtisadiyyatında dərinləşən ödəmə qabiliyyəti böhranı ilə əlaqələndirirlər.

Sektorlar üzrə ən kəskin artım nəqliyyat və saxlama sahəsində qeydə alınıb. Pandemiyadan əvvəlki dövrlə müqayisədə bu sahədə iflaslar 61 % artıb. İnformasiya və rabitə sektorunda bu göstərici 42 %, avtomobil ticarətində 40 %, yaşayış və restoranlar sahəsində isə 34 % olub.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
24
missiya.az

1Mənbələr