AZ

Qalaktikanın yeni görüntüsü əldə edilib

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

"Euklid" kosmik teleskopu spiral "NGC 646" qalaktikasının yeni görüntüsünü əldə edib. Qalaktikanın uzun və əyri qolları parlaq çələngi xatırladır.

Reyting.az-ın məlumatına görə, teleskopun məqsədi kainatın quruluşunu və genişlənməsini müəyyən edən qaranlıq maddə ilə qaranlıq enerjinin öyrənilməsidir. Belə detallı şəkillər qalaktikalarda kütlənin paylanmasını analiz etməyə imkan verir. Bu, 1834-cü ildə alim Con Herşelin tərəfindən kəşf edilmiş "NGC 646", eyni zamanda, Hidra bürcü adı verilən kosmik ənginlikdə yerləşir.

Alimlər bildiriblər ki, "əyri qollara" malik qalaktika Yer planetindən təxminən 392 milyon işıq ili uzaqdadır və 8145 km/s sürətlə uzaqlaşır.

"Euklid" teleskopunun xüsusi missiyası var. Bu kosmik cihaz Avropa Kosmik Agentliyinin mütəxəssisləri tərəfindən 2023-cü ildə milyardlarla qalaktikanı əhatə edə biləcək üçölçülü kainatın xəritəsini yaratmaq üçün buraxılıb.

Agentliyin məlumatına görə, onlar 2026-cı ilin sonunadək səmanın 14 faizi üzrə ilk böyük məlumat qovluğunu dərc etməyi planlaşdırırlar.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
reyting.az

1Mənbələr