Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.
Belarus aviaşirkəti İsrailə uçuş proqramını bərpa edib
Belarusun “Belavia” aviaşirkəti İsrailə uçuş proqramını bərpa edib. Bu barədə AYNA.AZ BelTA-ya istinadən xəbər verir.
Aviaşirkətin açıqlamasında qeyd olunub ki, Təl-Əviv “Belavia” şirkətinin marşrut şəbəkəsində ilk istiqamətlərdən biridir.
Qeyd edək ki, aviaşirkət İsrailə uçuşlara 1995-ci ildə başlayıb. Proqram 2022-ci ilin fevral ayında aviaşirkətdən asılı olmayan səbəblərə görə dayandırılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.