Türkiyəli pop ifaçısı Aleyna Tilki ilə bağlı aparılan ekspertiza yekunlaşıb.
"Yeni Sabah" xəbər verir ki, məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən götürülən bioloji nümunələrin laborator müayinəsi zamanı 25 yaşlı müğənninin test nəticələrinin müsbət olduğu müəyyən edilib. Araşdırma çərçivəsində onun orqanizmində narkotik tərkibli maddənin izləri aşkarlanıb.
Qeyd edək ki, analizlərdən sonra Aleyna Tilki ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdı.
Əsmətxanım
Telegram kanalımız