“Liverpul”un sabiq futbolçusu Kevin Kiqan xəstəliyə tutulub.
Msport.az xəbər verir ki, keçmiş hücumçuda xərçəng aşkarlanıb.
Bu barədə onun ailəsi İngiltərə mətbuatına açıqlamasında məlumat verib.
Qeyd edək ki, Kiqan 1972-1982-ci illərdə “Liverpul”da 200-dən çox oyuna çıxıb. O, iki dəfə – 1978, 1979-cu illərdə “Qızıl top” mükafatını qazanıb.