Ermənistanın Baş naziri Nikol Paşinyan Yeni ildə bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin kəsilməsində "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin keçmiş rəhbərliyinin günahkar olduğunu bildirib.
Aznews.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
"İnsanların Yeni ili işıqsız mənzillərdə qarşılaması "Ermənistan Elektrik Şəbəkələri"nin əvvəlki rəhbərliyinin nəticələrini göstərir. Maydan başlanan proseslər isə "Ermənistan Elektrik Şəbəkələri"nin öz investisiya öhdəliklərini, xüsusilə də vilayət yaşayış məntəqələrində yerinə yetirməməsinin nəticəsidir", - o qeyd edib.
N.Paşinyan həmçinin bildirib ki, "Ermənistan Elektrik Şəbəkələri"nin rəhbərliyi dəyişdirilməsəydi, işıqsız qalan abonentlərin sayı indikindən üç dəfə çox olardı.
Baş nazir eyni zamanda şübhələnirdi ki, uzun müddət Ermənistanda "Ermənistan Elektrik Şəbəkələri" vasitəsilə siyasi narazılıq yaratmaq üçün insanları aldadıblar:
"Romanos Petrosyanın ("Ermənistan Elektrik Şəbəkələri"nin müvəqqəti rəhbəri) və digər həmkarların əməyi nəticəsində məlum olub ki, Ermənistanda elə bir ailə yoxdur ki, "Ermənistan Elektrik Şəbəkələri" tərəfindən əvvəlki dövrdə onların pulu oğurlanmamış olsun".