AZ

Ermənistanın baş naziri: “II Qaregin vəzifədən getməyə məcbur olacaq“

ain.az bildirir, Moderator.az portalına istinadən.

"Bütün ermənilərin katolikosu II Qaregin vəzifəsindən getməyə məcbur olacaq".

Moderator.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yerli televiziyada yayımlanan brifinqdə bildirib.

"Siz deyirsiniz ki, Ktriç Nersisyanın (II Qareginin dünyəvi adı) vəzifəsindən getmək niyyəti yoxdur. Biz onu məcbur edəcəyik ki, fikrini dəyişsin. Heç kim vəzifəsindən getmək istəmir. Serj Sarqsyanın da getmək niyyəti yox idi, amma getməli oldu. Eyni şey Ktriç Nersisyana da aiddir: o getməyə məcbur olacaq", - deyə Paşinyan katolikosun taxt-tacdan imtina etmək istəməməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
83
2
moderator.az

3Mənbələr